Mişel: Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar ilin sonuna qədər başlamalıdır
Avropa Şurasının prezidenti Çarlz Mişel Moldovaya səfəri zamanı bildirib ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar ilin sonuna kimi başlamalıdır.

“Avropa Komissiyası Moldova, Ukrayna və Gürcüstan, eləcə də Qərbi Balkanlar üçün Avropa perspektivi ilə bağlı Avropa İttifaqına üzvlük prosesi ilə bağlı növbəti hesabatı dərc etməlidir. Mən təsdiq etmək istərdim ki, ilin sonuna qədər bu məsələni Avropa Şurası qarşısında qaldırmaq niyyətindəyəm. Bu o deməkdir ki, ilin sonuna kimi Şura bu ölkələrlə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlamaq məsələsi ilə bağlı qərar qəbul etməlidir. Bu, Avropa Komissiyasının hazırlayacağı hesabatı nəzərə alaraq siyasi qərar olacaq. Ümid edirəm ki, ilin sonuna kimi müsbət qərar qəbul ediləcək”,
- Çarlz Mişel bildirib. Tərcümə İctimai Yayımçıya məxsusdur.

Çarlz Mişel Moldova prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Komissiyası yayda Moldovaya maliyyə dəstəyi paketi təqdim edəcək.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google