"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram
təqdim edib.
Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir
audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan
iştirak edə bilər.
"Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil
analoquna bənzədib.
Yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o
deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan
istifadə etməyə davam edə bilərsiniz.
Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi
xüsusiyyətlər də mövcuddur.
Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində
tamamilə yeni bir tətbiqə çevirib.
"WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə
videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də
aradan götürüləcək.
Milli.Az