Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar
onlayn kazinoda böyük məbləğdə pul uduzub.
Bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.
31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul
itirib.
Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran
forvard qumara olan marağı ilə diqqət çəkir.