Poniçalada xüsusi əməliyyat keçirilir
Tbilisinin Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilir. İş narkotik cinayəti ilə bağlıdır.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat zamanı narkotik vasitə ələ keçirib və bir neçə nəfəri saxlayıblar.

Bundan əlavə, mövcud məlumatlara görə, xüsusi əməliyyat bütün Gürcüstan üzrə daha bir neçə yerdə aparılır.

Mənbə: Birinci Kanal

Print