İtaliyada gürcü qadını yaraladığına görə onun əri hüquq-mühafizə
orqanı əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə İtaliya
mətbuatı məlumat yayıb.
Onların məlumatına görə, Gürcüstan vətəndaşı olan 47 yaşlı kişi 32
yaşlı həyat yoldaşını ağır yaralayıb. Hadisə martın 28-də
İtaliyanın Bari şəhərində baş verib.
İtaliya mətbuatının yazdığı kimi, hüquq-mühafizə orqanlarının
əməkdaşları hadisədən bir neçə saat sonra həmin şəxsi
saxlayıblar.