İtaliyada gürcü qadını yaraladığına görə onun əri saxlanılıb
İtaliyada gürcü qadını yaraladığına görə onun əri hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Onların məlumatına görə, Gürcüstan vətəndaşı olan 47 yaşlı kişi 32 yaşlı həyat yoldaşını ağır yaralayıb. Hadisə martın 28-də İtaliyanın Bari şəhərində baş verib.

İtaliya mətbuatının yazdığı kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra həmin şəxsi saxlayıblar.
Mənbə: Netgazeti

Print