Müəllim tərəfindən şagirdə qarşı zorakılıq ittihamı ilə istintaq başladılıb
Qori bələdiyyəsinin kəndlərindən birində müəllimin şagirdə zorakılıq etməsi ittihamı ilə istintaq başladılıb.

Agentlikdən "Netgazet"ə verilən məlumata görə, istintaqa Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqdan bəhs edən 126¹ maddəsi ilə başlanılıb.

Yerli medianın məlumatına görə, şagirdə qarşı fiziki zorakılığı əks etdirən video əvvəlcə sosial şəbəkələrdə yayılıb. “Mozaika” radiosunun yazdığına görə, məktəbin nizam-intizam komitəsi şagirdə qarşı zorakılığı təsdiqləyib və müəllim hazırda işindən azad olunub.

Print