İsti aylarda dondurmanın ləzzəti və sərinliyindən ləzzət alan
insanların bəzilərinə üzücü xəbərimiz var. Həkimlər bildirir ki, bu
xəstəliyi olanlara dondurma qəti qadağandır.
Həmin siyahını təqdim edirik:
- Diabet xəstələri
- Mədəaltı vəzi iltihabı olanlar - dondurmada olan həm müxtəlif
yağlar, qatqılar, həm də soyuqluğu bu orqana mənfi təsir edir.
- Öd kisəsi iltihabı olanlara
- Qanda xolesterin səviyyəsi yüksəkdirsə
- Qastrit, mədə və 12 barmaq bağırsağı xorası zamanı - mədə və
bağırsaqda spazmlar yaradır
- Miqren, baş ağrılarından əziyyət çəkənlərə - dondurma damarlarda
spazm yaradır ki, bu da baş ağrısına təkan verir.
- Beyin qan dövranı pozğunluğu olanlara
- Dişlərində karies olanlara
- Ürəyin işemik xəstəliyi olanlar - çox soyuq dondurma yeyəndə
damarlarda spazm yaranır ki, bu da ürək tutmasına səbəb ola
bilər.
- 3 yaşa kimi uşaqlara
- Laringit, faringit, haymorit olanlar
- Boyun limfaları şişənlər
Saglamolun.Az