Meriya Sadaxlıda daxili yolların çəkilməsi üçün 526 863 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin Sadaxlı kəndində daxili yollara asfalt qatı çəkiləcək.

I və II məhəllələrin bərpası işləri üçün 526 863 lari dəyərində tender elan edib. Tender sənədlərinə görə, işlər bir neçə mərhələdən ibarətdir. Həmçinin:

- Yolun bərpası və möhkəmləndirilməsi
- Mövcud arxların layihə göstəricisinə çatdırılması (yeni dəmir-beton daşların quraşdırılması)
- Boru və ehtiyatların quraşdırılması üçün dəmir borunun alınması -quraşdırılması
- Çınqıllı hərəkət hissəsinin səthinin buldozerlə sökülməsi
- Torpağın ekskavatorla yüklənməsi
- Düzəldilmiş səthə çınqıl-qum qarışığı ilə düzəldilməsi


Tenderdə iştirak etmək istəyən şirkətlər 15-20 aprel dövründə təkliflərini göndərə bilərlər. Qalib şirkət meriyaya müqavilə bağlandıqdan 90 gün ərzində işləri təhvil verməlidir.

Marneuli meriyası vəsaiti 2023-cü ilin büdcəsindən maliyyələşdirir.

"Marneuli" Radiosu

Print