Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzi Tbilisinin Şavteli
küçəsində yerləşən “Ambassador” otelində baş verən yanğının yeri
barədə məlumat yayıb. Onların “Azadlıq” radiosuna verdiyi məlumata
görə, yanğının söndürülməsi işləri davam edir.
Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb və qeyd edilib
ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) 16
yanğın-xilasetmə briqadası işləyir.
“Yanğın barədə bildiriş alan yanğınsöndürənlər və xilasedicilər
dərhal hadisə yerinə gəlib və yanğını söndürməyə başlayıblar. İlkin
məlumata görə, yanğın 4 mərtəbəli binanın üçüncü və dördüncü
mərtəbələrində baş verib. Hazırda yanğınsöndürənlər və
xilasedicilər hadisə yerindədir və lokallaşdırma işləri aparılır.
Ərazini mühafizə edən patrul polisi və Daxili İşlər Nazirliyinin
müxtəlif bölmələrinin əməkdaşları da səfərbər olunub”,
- məlumatda oxuyuruq.