İyunun 15-dən Gürcüstan Hava Yolları Rusiya vətəndaşları üçün Avropaya tranzit uçuşlara başlayır
Georgian Airways Rusiya vətəndaşları üçün Avropaya tranzit uçuşlara başlayır. Bu barədə Rusiyanın RTVI telekanalı yazır.

Şirkətin təsisçisi Tamaz Qayaşvilinin sözlərinə görə, plana Avropanın beş şəhərini - Milan, Paris, Vyana, Larnaka və Saloniki əlavə etmək planlaşdırılır.

“Düşünürəm ki, bu marşrutlara kifayət qədər yüksək tələbat olacaq. Uçuşlar iyunun 15-də başlayacaq”,
- deyə Tamaz Qaiaşvili RTVI-ya bildirib.

O,
həmçinin əlavə edib ki, Rusiya ilə hava əlaqəsini mütləq davam etdirəcək.

“Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Allah eləsin ki, bu heç vaxt dayanmasın”, -
Qaiaşvili bildirib.

Xatırladırıq ki, Gürcüstan və Rusiya arasında 4 illik fasilədən sonra Vladimir Putin mayın 10-da hava hərəkətinin bərpası barədə göstəriş verib.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google