İrakli Kobaxidze Aİ üzvlüyünə namizəd statusu haqqında: şanslar 50/50-dir
Hakim partiyanın sədri İrakli Kobaxidze bəyan edib ki, Aİ-nin Gürcüstana namizəd statusu “ədalətli qərardan” asılıdır. Buna baxmayaraq, o, jurnalistlərə gözləntilərin nikbin olduğunu bildirib.

"İyunun sonuna kimi bütün tövsiyələr birmənalı şəkildə yerinə yetiriləcək. Ona görə də ədalətli qiymətləndirmə olarsa, bu qiymətləndirmə ölkəmiz üçün müsbət olacaq və belə olan halda dekabrda Avropa İttifaqı tərəfindən müsbət qərar qəbul edilməlidir. Bizim
gözləntimiz nikbindir, baxmayaraq ki, bu, siyasi qərardır və şans 50-50-dir”,
- deyə İrakli Kobaxidze bildirib.

Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt qoyub.


Print Email
FaceBook Twitter Google