Müstəqillik Günü ilə əlaqədar Azərbaycanın və Türkiyənin görməli yerləri Gürcüstan bayrağının rənglərin ilə işıqlandırılıb (VİDEO/FOTO)
Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq bir sıra ölkələrin ən məşhur və populyar turizm məkanları Gürcüstan bayrağının rəngi ilə işıqlandırılıb. Məlumat Gürcüstanın diplomatik nümayəndəliklərinin feysbuk səhifəsində paylaşılıb.

26 may tarixində Bakıda yerləşən Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.


Gürcüstanın Ankaradakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Müstəqillik Günü ilə əlaqədar İzmirin əsas simvolu olan “Saat Qülləsi” Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.


Mayın 26-da Vaşinqton körpüsü də Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.


Mayın 26-da Gürcüstanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Gürcüstanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Avropa Şurasının binası Gürcüstanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.


Gürcüstanın Müstəqillik Günü münasibətilə İstanbulun Fatih Sultan Mehmet körpüsü də Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.


Gürcüstanın Slovakiyadakı səfirliyinin binasında Gürcüstan bayrağı nümayiş etdirilib.


İrlandiyanın Dublin şəhərinin görməli yerlərindən olan Samuel Beckett körpüsü Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.


Mayın 26-da İsveçrədə Bern şəhər meriyasının binasında Gürcüstan bayrağının ucaldılması mərasimi keçirilib.


Gürcüstan bayrağı İrlandiyanın Dublin şəhərinin əsas meydanında ucaldılıb.


İtaliyanın Bari şəhər meriyasının binasında Gürcüstan bayrağı nümayiş etdirilib.


Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika Sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.

Print Email
FaceBook Twitter Google