Şalva Papuaşvili: "Gürcüstan-Azərbaycan əməkdaşlığı regional sülh üçün önəmlidir"
Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və sabitlik üçün önəmlidir.

Bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.

“Biz regionumuzda təhlükəsizlik mühitini inkişaf etdirməyə sadiqik. Bu tarixi gündə mən yalnız bizim ölkələrimizi deyil, xalqlarımızın birgəyaşayışını təmin edən silahlı qüvvələrimizin önəmini vurğulamaq istəyirəm. Silahlı qüvvələr ölkənin gücü və qürurudur. Mən Azərbaycan Silahlı Qüvvələrinə Azərbaycan Dövləti qarşısında layiqli xidmət arzu edirəm”,- Papuaşvili deyib.

Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google