Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, Rusiyaya
güzəştə getmək Gürcüstana heç nə gətirməyəcək.
“Belə bir tarixi olan bir xalq Moskvanın siyasətinin Rusiyanın
maraqlarından başqa hər şeyə əsaslana biləcəyinə necə inana
bilər”, – deyə prezident sual edib. O qeyd edib ki,
Rusiyanın güzəşt müqabilində işğal etdiyi əraziləri geri
qaytaracağını düşünən “tarixdən heç nə öyrənməyib”.
“Belə bir tarixim olan bir xalq necə inana bilər ki, Rusiyanın
siyasəti kiminsə yaxşı və ya pis davranışına, yaxud hər hansı
bəyanata, öz maraqlarından başqa hər hansı bir şeyə istiqamətlənə
bilər? Rusiya müharibəyə başlayanda Ukraynadan nə asılılığı
vardı?
Kim düşünürsə ki, Rusiya bizim güzəştlər müqabilində əraziləri bizə
qaytaracaq, tariximizdən heç nə öyrənməyib. Yaxud işğalçının
soydaşlarımızın rifahının qayğısına qala biləcəyinə necə inanaq?
Biz Abxaziya və Tsxinvalidə vətəndaşlarımıza kimin zülm etdiyini
unuduruq?”, - deyə prezident bildirib.
___________________________________
Prezident çıxışında digər məsələlərə də toxunub. Xüsusilə, o,
Sergey Lavrovun qohumlarının təhlükəsizlik zəmanəti olmadan toya
Kvareliyə gələcəklərinə şübhə edib və Rusiyaya birbaşa uçuşların
bərpasına növbəti dəfə mənfi münasibət bildirib.