Qurban əti haqqında bunları bilmək lazımdır.
Bildiyimiz kimi, bu il Qurban bayramı iyun ayının 28-29-unə təsadüf
edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür.
Qədim dövrlərdə qurban kəsmək, qurban ətinin saxlanması qaydaları
daha çətin idi. İndi isə çox asandır.
Əti kəsmək istəyənlərin bilməsi vacib olan təfərrüatları təqdim
edir:
Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsənin sahibinə verilir,
üçdə biri qonaqlara və dostlara, üçdə biri isə kasıblara
paylanır.
Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan
aldığınız dincəlmiş ətdən daha kəskin olur.
Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban
ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır.
Qurban əti heç vaxt yuyulmur.
Qurban əti kəsilib hissələrə bölündükdən sonra 1 gecə
dinləndirilmədən dərhal torbalara yığılsa yaşıllaşır. Odur ki,
qurban əti kəsildikdən sonra 24 saat dincəlməyə qoyulmalı və günün
sonunda yeyilməlidir.
Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur.
Dincəlməyə qoyulmadan yeyilməsi həzm sistemində problemlərə yol
açar. Dərhal kəsib bişirib yemək gələcəkdə ciddi xəstəliklərə səbəb
ola bilər.
Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan
daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.
Qurban kəsə bilməyənlərə ət paylananda sümük verilmir. Sümüksüz
ətin verilməsi daha uyğundur. Əks halda hörmətsizlik olar.
Mənbə: turpkimi.com