Prezidentin parlament katibi: “Gürcü arzusu” onu tanıya, xarakterini anlaya bilmədi
Prezidentin parlament katibi Qiorqi Msxiladze bildirib ki, “hakim partiyanın bəyanatları və hərəkətləri bir-birindən fərqlidir”.

O, parlamentdə “hakim partiyanın prezidentin qərəzli olmasına baxmayaraq, bu qurumun tənəzzülünə heç bir töhfə verməyəcəklərini bildirən bəyanatını dəyərləndirməyi” xahiş edən jurnalistlərə belə cavab verib.

“Gürcü arzusu” prezidentin tənqidini çox ağrılı kimi qəbul edir. Əgər prezidentin tənqidi haqsızdırsa, deməli, onların hansısa arqumentləri olmalıdır... Təəssüf ki, “Gürcü arzusu” prezidenti tanıya, onun xarakterini anlaya bilmədi. Prezident kiminsə prevensiya və təsir göstərməsindən təsirlənmir . Bilmirəm, siz inadkarlığa prinsipiallıq deyirsiniz?! Prezident həqiqətən prinsipialdır",
- prezidentin parlament katibi bildirib.

O, son hallardan birini xatırladıb ki, onun təxmininə görə, prezidentin tənqidinə “sifətini itirmək”lə cavab verilib:

"Prezidentin tənqidi ədalətlidirsə, onlar normal qəbul olunmalı və mayın 26-da etdikləri kimi davranmamalıdırlar. Şəxsən mənim üçün bütün bunlar insanın sahib olduğu hörməti və nüfuzunu necə itirə biləcəyinin bariz nümunəsi idi. İnsan illərlə sahib olduğu hörməti və nüfuzunu iki dəqiqədə necə itirə bilər. Təbii ki, mən İrakli Kadaqişvilini nəzərdə tuturam”.

Bu gün, mayın 29-da hakim “Gürcü arzusu” partiyası adından bəyanat yayılıb və orada Salome Zurabişvilinin çıxışlarının “mənfi qəbul edildiyi və qiymətləndirildiyi” və “belə qavrayış və qiymətləndirmənin möhkəm obyektiv əsası olduğu” yazılıb.

“Təəssüflər olsun ki, xanım Salome Zurabişvili başqa yol seçdi və son iki ildə radikal müxalifət qüvvələrinin gündəliyinin xeyrinə siyasi qərəzli mövqe nümayiş etdirdi… Xanım Salome Zurabişvilinin səlahiyyət müddətinin qalan il yarım ərzində prezident səlahiyyətlərini həyata keçirməsi üçün onun minimal legitimliyini qorumaq bizim borcumuzdur. Bunu həm də bizim xanım Salome Zurabişvili ilə polemikaya girməməyimiz diktə edir”,
- “Gürcü arzusu”ndan bildiriblər.

Rusiya Ukraynanı işğal etdikdən və Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu almaq üçün işə başladıqdan sonra Gürcüstan prezidenti hakim partiya və hökuməti tənqid edib. Sonuncu belə hallardan biri mayın 26-da, Gürcüstanın Müstəqillik Günündə prezidentin müraciəti zamanı qışqırıqlar eşidildi. Sonradan məlum oldu ki, bu, parlamentin üzvü İrakli Kadaqişvilidir.

“Satqın” sözü deyilməyib... Ola bilər ki, kimsə deyib, amma mən demədim, eşitmədim də... Etiraz etdim, amma o sözü demədim”,
- deyə parlamentin üzvü İrakli Kadaqişvili bildirib.


Print Email
FaceBook Twitter Google