İmir ictimai məktəbində Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
26 may tarixində İmir ictimai məktəbində Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dəmyə Görarxı ictimai məktəbinin müəlimlləri Xanım İbrahimova və Tahirə Qurbanova, məktəb müəllimləri, valideyinlər, dəvət olunmuş qonaqlar və kənd sakinləri iştirak ediblər.

Müstəqillik Gününə həsr edilmiş tədbir İmir ictimai məktəbinin ibtidai sinif müəllimi Qönçə Paşayeva tərəfindən təşkil edilib.

Qönçə Paşayeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, keçirilən tədbir onlar üçün çox yaddaqalan olub. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsini planlaşdırdığını bildirdi.

Gürcüstan və Azərbaycan himlərinin səsləndirilməsi ilə başlayan tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında rəqslər, məktəb şagirdlərinin hazırladığı şeir və mahnılar ifa olunub.

İmir ictimai məktəbində keçirilən tədbir Qöçə Paşayeva tərəfindən keçirilən ilk tədbirdir.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google