26 may tarixində İmir ictimai məktəbində Gürcüstan və Azərbaycanın
Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dəmyə Görarxı ictimai məktəbinin müəlimlləri Xanım
İbrahimova və Tahirə Qurbanova, məktəb müəllimləri, valideyinlər,
dəvət olunmuş qonaqlar və kənd sakinləri iştirak ediblər.
Müstəqillik Gününə həsr edilmiş tədbir İmir ictimai məktəbinin
ibtidai sinif müəllimi Qönçə Paşayeva tərəfindən təşkil edilib.
Qönçə Paşayeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
keçirilən tədbir onlar üçün çox yaddaqalan olub. O, gələcəkdə də bu
cür tədbirlərin keçirilməsini planlaşdırdığını bildirdi.
Gürcüstan və Azərbaycan himlərinin səsləndirilməsi ilə başlayan
tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında
rəqslər, məktəb şagirdlərinin hazırladığı şeir və mahnılar ifa
olunub.
İmir ictimai məktəbində keçirilən tədbir Qöçə Paşayeva tərəfindən
keçirilən ilk tədbirdir.