Şalva Papuaşvili: "Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və sabitlik üçün çox vacibdir”
Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və sabitlik üçün çox vacibdir”.

Bu sözləri yerli jurnalistlərə müsahibəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, regionda təhlükəsizlik mühitinin yaxşılaşdırılması olduqca vacibdir. Bizim Azərbaycan ilə sadəcə strateji tərəfdaşlıq, siyasi və iqtisadi əlaqələrimiz deyil, həm də xalqlarımız arasındakı qədim və dərin mədəni bağlantılarımız var. Ölkələrimiz arasındakı məhsuldar əməkdaşlıq son onilliklərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, xalqlarımız, ölkələrimiz üçün bir çox müsbət nəticələrə gətirib. Ticarət, iqtisadiyyat, mədəniyyət və müdafiə istiqamətlərində əməkdaşlıq dinamikdir. Bir neçə onillik öncə başladılmış beynəlxalq əhəmiyyətli regional enerji və nəqliyyat layihələri ölkələrimizi həm siyasi, həm də iqtisadi baxımdan bir-birinə bağlayıb.

“Ölkələrimizin müstəqilliyinin eyni vaxtda elan olunması və 105 il əvvəl əcdadlarımızın eyni vaxtda dövlətçiliyin bərpasını qeyd etməsi tarixi əhəmiyyət kəsb edir. Biz regionumuzda təhlükəsizlik mühitinin yaxşılaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik”.
- Şalva Papuaşvili, əlavə edib.
mediapost.az
Print Email
FaceBook Twitter Google