Gürcüstan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyənin dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Prezident təbrik sözlərini rəsmi tviter hesabında yerləşdirib.

“Gürcüstan və Türkiyə möhkəm əlaqələrlə bağlı olan yaxın dostlardır və mən bu tərəfdaşlığı inkişaf etdirmək üçün gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirəm”,
- təbrikdə deyilir.
Mənbə: mediapost.az

Print Email
FaceBook Twitter Google