Namizəd statusu regionda avropayönümlü qüvvə kimi Gürcüstanın
rolunu möhkəmlədəcək.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində
çıxışı zamanı deyib.
“Avropa ortaya çıxmaqda olan yeni dünya üçün bu
regionun əhəmiyyətini başa düşür. Bilir ki, Gürcüstan sadəcə
demokratik ölkə və ya Avropanın qalası deyil. Eyni zamanda
təhlükəsiz Qara dənizin və stabil Xəzər regionunun mərkəzi
elementidir. O, Qara dəniz üzərindən, Qafqaz vasitəsilə, Xəzər
dənizi və Mərkəzi Asiya ilə yeni əlaqə layihələrinin
açarıdır”, - Prezident deyib.