Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə
keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların
müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün
uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.