Baş nazir: “Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyir”
“Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh dialoqu və danışıqları dəstəkləyir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanın regionda sabitlik və sülhün möhkəmləndirilməsi kontekstində rolu çox neytral və qərəzsizdir.

“Bizim hər iki ölkə - Azərbaycan və Ermənistanla çox yaxşı münasibətlərimiz var. Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında silahlı münaqişədən sonra çox mühüm və mahiyyətcə ilk uğurlu vasitəçilik etdi. Biz Azərbaycan və Ermənistan arasında sülh dialoqunu və danışıqları dəstəkləyirik. Hesab edirəm ki, bu, regionumuzun - Gürcüstan, Azərbaycan və Ermənistanın maraqlarına uyğundur”,
- deyə İ.Qaribaşvili bildirib.

Mənbə: mediapost.az

Print Email
FaceBook Twitter Google