Ukraynada müharibənin başlamasından sonra 80 min rusiyalı
Gürcüstana köçüb.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində
çıxışı zamanı deyib.
Dövlət başçısı Gürcüstanın öz ərazilərinin 20%-ni işğal edən
ölkənin vətəndaşlarını qəbul etməsinin ölkədəki tolerantlığı
nümayiş etdirdiyini bildirib.
Bununla belə, Zurabişvili tolerantlığın eskalasiya və məyusluğa yol
açmaması üçün aydın və sərt dövlət tənzimləmələri ilə müşayiət
edilməli olduğunu qeyd edib.
Gürcüstan Prezidenti ölkə əhalisinin 20 faizini ermənilərin,
azərbaycanlıların təşkil etdiyini əlavə edib.
Mənbə:mediapost.az