Gürcüstan hökumətinin qərarına əsasən, Ətraf Mühitin Mühafizəsi və
Kənd Təsərrüfatı Nazirliyi 2022-2023-cü illərdə proqramın
maliyyələşdirilməsinə ümumilikdə 23 980 000 lari ayırır ki, bu da
ilkin büdcədən 3 045 000 lari çoxdur.
Nəticədə “Fındıq istehsalının təşviqi proqramı”nın büdcəsi yenidən
artır. Proqramın büdcəsi artıq bir dəfə artırılıb. Hökumətin 3
aprel 2023-cü il tarixli qərarına əsasən, 20 milyon 935 min lari
olan ilkin büdcə 21 milyon 470 min lariyə çatdırılıb.
Məlumat üçün bildirək ki, fermerlərə maliyyə yardımı almaq üçün
ilkin şərtlərdən biri fındıq kadastrında qeydiyyatdan keçmək olub.
Bundan əlavə, Gürcüstan vətəndaşı olan fiziki şəxs subsidiya almaq
üçün ümumi sahəsi 0,2 ha-dan az və 3 ha-dan çox olmayan fındıq
bağına sahib olmalıdır. Subsidiyanın məbləği 1 ha fındıq bağına
görə 500 lari hesablanmaqla müəyyən edilir. Proqrama daxil olan
benefisiarlar müvafiq balları Liberty Bankın aqrokartına köçürməklə
subsidiya alacaqlar. Ballardan istifadə üçün son tarix 31 avqust
2023-cü ildir.