"Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da
dərinləşdirməyə xüsusi önəm verir".
Bu fikir Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer
alıb.
O, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü
münasibətilə Prezident İlham Əliyevə Gürcüstan xalqı adından və
şəxsən öz adından səmimi təbriklərini çatdırıb:
"Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq
tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar
ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan
etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz
davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji
tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Bu gün Gürcüstan
Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da
dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir.
Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir,
fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh,
cansağlığı və firavanlıq arzu edirəm".