Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfərə
yollanıb.
Bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətindən bildirilib.
Hökumət başçısı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
andiçmə mərasimində iştirak edəcək.
Qeyd edək ki, yenidən Türkiyənin dövlət başçısı seçilmiş
R.T.Ərdoğan bu gün and içəcək. Türkiyə Böyük Millət Məclisində
keçiriləcək tədbirdə bir sıra ölkələrin dövlət və hökumət
başçılarının iştirakı gözlənilir.