Xelvaçauri məhkəməsi müttəhimi qardaşını qətlə yetirməkdə təqsirli bilərək həbs cəzasına məhkum edib
Xelvaçauridə qardaşını qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan şəxs barəsində Batumi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin vəkili məhkəməyə 10 min lari məbləğində girov təklif edib, hakim Nino Menqaşvili prokurorluğun vəsatətini qəbul edib.

Məlumat üçün bildirək ki, iyunun 2-də Xelvaçauridə qardaş qardaşını ov tüfəngi ilə qətlə yetirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi isti izlərlə saxlayıblar.
Məlum olduğu kimi, qətldən əvvəl mübahisə baş verib.


Print Email
FaceBook Twitter Google