Xobi bələdiyyəsinin Şua Kvaloni kəndində azyaşlının ölümü ilə
nəticələnən yol qəzası baş verib.
Mövcud məlumata görə, minik avtomobili ilə distribüsiya avtomobil
toqquşub. Hadisə nəticəsində 1 yaşa qədər uşaq ölüb, 1 nəfər isə
yaralanıb.
Yerli əhalinin verdiyi məlumata görə, təcili tibbi yardım briqadası
müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsi Xobi xəstəxanasına
çatdırıb.
Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir.
Qəza yerinə patrul polisi səfərbər edilib.