“Kişineuda sərhədlərin delimitasiyası məsələsində
müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu
deyə bilmərik, lakin biz irəliləyirik”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
Ermənistan İctimai Televiziyasının efirində bildirib.
“Bütün suallar vacibdir və bütün suallar bir-birinə
bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə,
ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı
var. Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları
tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və
sülh müqaviləsi bağlayırıq”.
O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya
deyil, Ermənistan həyata keçirəcək.