Marneulili cüdoçu Praqada keçirilən Avropa oyunlarının qalibidir
Marneulili cüdoçi Kote Kapanadze Praqada keçirilən Avropa oyunlarının qalibidir. Bu barədə yerli özünüidarənin səhifəsində məlumat yayımlanıb.

“Marneulili cudoçu Kote Kapanadze 73 kq çəki dərəcəsində, final görüşündə Almaniya təmsilçisi Filip Dreksleri məğlub edib və çempion olub. Qeyd olunan turnirdə Gürcüstanı 37 oğlan və 6 qız cüdoçu təmsil edir. Marneuli meriyası Koteni əldə etdiyi uğura görə təbrik edir!”
– Marneuli meriyası yazıb.

Praqa 3-4 iyunda keçirilən gənclər arasında Avropa oyunlarına ev sahibliyi edib.

Print Email
FaceBook Twitter Google