Marneuli şəhərinin Rustaveli küçəsində yerləşən D. Mağalaşvili
adına körpünün bərpası işlərinə başlanılıb.
Bərpa işləri çərçivəsində avtomobillərin hərəkəti
məhdudlaşdırılmayacaq. Belə ki, körpüdə bərpa işləri mərhələli
şəkildə aparılacaq və işlərin həyata keçirilməsi zaman körpüdən
istifadə etmək mümkün olacaq.
Körpünün bərpasını tenderdə qalib gələn “İrlani” MMC şirkəti 1 878
333 lariyə həyata keçirəcək. Vəsaitin 95%-i dövlət, 5% isə yerli
büdcədən
maliyyələşdirilir. Layihəyə görə, körpünün və körpü
altındakı infrastrukturun qaydaya salınması planlaşdırılıb.
“Mövcud işıq dirəklərinin və məhəccərlərin sökülməsi, körpünün
yolun hərəkət hissəsindən dəfələrlə tökülən asfalt-beton qatının
sökülməsi nəzərdə tutulub. Səkilərə mozaikalı daşların
quraşdırılması, mövcud, sıradan çıxmış səki bloklarının sökülməsi.
Dəmir məhəccərlərin konstruksiyası fərdidir və dəmir kvadrat
borulardan ibarətdir. Həmin borular səki bloklarına quraşdırılmış
xüsusi nasoslarda betonlanmış polad detallar üzərinə bərkidilir.
Layihədə dəmir məhəccərlərin boyanması nəzərdə tutulub. Estakadada
drenaj sisteminin quraşdırılması da nəzərdə tutulub. Layihəyə
əsasən, körpünün altındakı infrastrukturun quraşdırılması, konkret
olaraq yolun 4,50 metrə qədər genişləndirilməsi nəzərdə tutulur.
Həmin yolun bir tərəfində piyadalar üçün səki var və qeyd
olunanlardan əlavə layihə ilə dəmiryolu keçidində piyadalar üçün
xüsusi daşlar quraşdırılacaq”, – tender sənədlərinə
yazılıb.
Layihəyə görə, tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan
sonra 5 ay ərzində işləri yerinə yetirməlidir.