Gürcüstan miqyasında bir sıra məhkəmələrdə evakuasiya elan edilib
Gürcüstanın bir sıra məhkəmələrində evakuasiya elan edilib. Ali Ədliyyə Şurasından “Netqazet”ə verilən məlumata görə, buna səbəb binalarda partlayıcı qurğunun olması ehtimalı ilə bağlı bildiriş olub.

Ali Ədliyyə Şurası bildirir ki, söhbət təhlükəsizlik məqsədilə evakuasiya həyata keçirilən bir neçə məhkəmə binasından gedir.

Tbilisi və Kutaisi şəhər məhkəmələri də evakuasiya elan edilən məhkəmələr arasındadır. “Netqazeti” Gürcüstan Daxili İşlər Nazirliyində əlavə təfərrüatları aydınlaşdırmağa çalışır.

Agentlikdən məlumat daxil olarsa, məqalə yenilənəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər