Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, üçüncü
prezident Mixeil Saakaşvili müvafiq tibbi şərait olduğu halda
“Vivamed” klinikasından penitensiar müəssisəyə köçürüləcək.
Ədliyyə naziri bu barədə hökumətin iclasından sonra jurnalistlərə
açıqlamasında Saakaşvilinin klinikadan həbsxanaya köçürülməsi ilə
bağlı sualı cavablandırıb.
“Şəxs məhkum olunmuş məhbus olduqda cəzaçəkmə müəssisəsinə
köçürülmə təhlükə yaratmır. Müvafiq şərt yerinə yetirildikdə
köçürüləcək. Yəni bu [köçürmə] məhbus məsələsində təhlükə deyil.
“Vivamed”in tibb işçiləri ilə mütəmadi əlaqə saxlayırıq. Təbii ki,
biz gündəlik olaraq bu insanın sağlamlıq vəziyyətini öyrənirik.
Sizə dediyim kimi, nə vaxt lazımi şərait yaranacaq, mən tibbi
şəraiti nəzərdə tuturam, o da təbii ki, digər məhbuslar kimi
müvafiq müəssisəyə köçürüləcək”, - Breqadze
bildirib.