Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox
faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və
sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir.
Bu fikirlər Gürcüstan hökumətinin 2022-ci il üzrə parlamentə təqdim
etdiyi hesabatda əksini tapıb.
Sənəddə deyilir ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli
əməkdaşlıq formatı həm də hər üç ölkənin Silahlı qüvvələri arasında
səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
“Regional təhlükəsizliyin gücləndirilməsi, ümumi hədəflərə və
maraqlara effektiv şəkildə nail olunması məqsədilə Silahlı qüvvələr
arasında yaxın əlaqələr yaratmağı hədəfləyən
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı uğurla inkişaf
edir”, - deyə hesabatda qeyd olunub.
Mənbə: Azertag.az