Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, agentlik
azyaşlı qızlara qarşı cinsi təcavüz iddiası ilə bağlı araşdırmalara
başlayıb.
Onların məlumatına görə, məlumatla bağlı müvafiq istintaq
hərəkətləri davam etdirilir, o cümlədən istintaq orqanında bir neçə
şəxs artıq dindirilib.
Məlumat üçün bildirək ki, Tbilisi, Batumi və Kutaisidə eşitmə
qüsurlu insanlar icmasında olan azyaşlı qızların cinsi təcavüzə
məruz qaldığı iddia edilir.Bu barədə brifinqdə “Əlil Qadınlar
Təşkilatı”nın rəhbəri Dea Eremaşvili bildirib.
Onun məlumatına görə, eşitmə qüsurlu şəxslərdən biri sosial
şəbəkədə baş verənlərlə bağlı açıq danışıb.
Dea Eremaşvilinin sözlərinə görə, oxşar faktlar artıq üç ildir ki,
baş verir və söhbət 8-18 yaşlı qızlardan gedir.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına
təqdim olunacaq 27-dən çox videoçəkiliş var.
Dea Eremaşvilinin sözlərinə görə, yetkinlik yaşına çatmayan
qızların eyni icmada “nüfuzlu şəxslər” tərəfindən cinsi təcavüzə
məruz qaldığı iddia edilir. Təşkilatın məlumatına görə, təsirə
məruz qalan qızlardan cinsi videolar çəkib göndərmələri istənilib,
bununla yanaşı, cinsi zorakılıq halları, o cümlədən zorlama
faktları da olub.