Bağçalara qeydiyyatın birinci mərhələsi iyunun ayının 30-da başa
çatacaq.
Bu barədə “Marneuli” radiosuna müsahibəsi zamanı Uşaq Bağçaları
Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi.
Kərəmovun sözlərinə görə, uşaqlarını bağçaya qeydiyyatdan keçirmək
istəyən valideynlər Marneuli Uşaq Bağçaları Birliyinə və bağçaya
müraciət edə bilərlər.
“Bağçalara qeydiyyatın ikinci mərhələsi avqustun 21-dən
sentyabrın 1-ə qədər olacaq. Ondan sonra isə ehtiyatda olan
uşaqların sayı azaldıqca mərhələli şəkildə qeydiyyat aparırıq.
Şəhər bağçalarında qeydiyyat hal-hazırda mərkəzdə olunur. Amma
kəndlərdə qeydiyyat bağçalarda aparılır”.
Bağçalara qeydiyyat üçün hansı sənədlər tələb
olunur?
- Uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada
təsdiqlənmiş surəti
- Sağlamlıq haqqında arayış
- 4 ədəd fotoşəkil (3/4)
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti
- Yaşayış yerindən arayış
Bundan başqa:
- Sosial statuslu ailə olduğu haqda arayış və ya məcburi
köçkün olduğu halda sənədin təqdim olunması
- Eyni zamanda məhdud imkanlı şəxslərin statusunu təsdiq
edən sənəd lazımdır.
Qeyd edək ki, bağçalara qeydiyyat 1 iyun tarixindən başlayıb.
Qeydiyyat prosesi həftə içi hər gün saat 9:00-dan 17:00-a kimi
davam etdirilir.