May ayında Marneulidə ilan sancması ilə bağlı iki hal qeydə alınıb.
Bu barədə tibb müəssisələrindən “Marneuli” radiosuna məlumatı
təsdiq ediblər. “Geo Hospitals”ın rəhbəri bizimlə söhbəti zamanı
bildirdi ki, onların klinikasına bir həftə əvvəl ilan sancması ilə
əlaqədar bir xəstə müraciət edib. Xəstə müvafiq
müalicə alıb və evə
buraxılıb.
İlan sancması ilə bağlı daha bir xəstə isə “Aversi” klinikasına
müraciət edib. Xəstəxanadan bildirirlər ki, xəstəyə peyvənd vurulub
və o, evə buraxılıb.