Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 6-7-də
Gürcüstanda yağışlı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək
çaxacaq, Gürcüstanın şərqində dolu düşəcəyi ehtimalı var. Gün
ərzində havanın temperaturu düzənliklərdə və aranda +22, +27 dərəcə
təşkil edəcək.
Sinoptiklərin məlumatına görə, iyunun 8-9-da Qərbi Gürcüstanda hava
günəşli olacaq, +31, +33 dərəcəyə qədər isti olacaq. Şərqi
Gürcüstanda yalnız bəzi
ərazilərdə yağış yağacaq.
Həmçinin Milli Ətraf Mühit Agentliyindən bildiriblər ki, Tbilisidə
fasilələrlə yağış yağacaq. Havanın temperaturu +26, +28 dərəcə
təşkil edəcək.