Tbilisidə kişi keçmiş arvadını avtomobildə kəndirlə boğub öldürüb, sonra isə dərəyə atıb
Polis Tbilisidə qətl işi açıb - bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində isti izdə 1992-ci il təvəllüdlü N.L. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Onların məlumatına görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs şəxsi avtomobilində, qarşılıqlı mübahisə zəminində keçmiş həyat yoldaşı - 1996-cı il təvəllüdlü M.M.-nı kəndirlə boğub öldürüb.

Cinayəti ört-basdır etmək üçün təqsirləndirilən şəxs ertəsi gün meyiti icarəyə götürdüyü avtomobilin yük yerinə qoyub, Qldani həbsxanasının yaxınlığına gedərək onu dərəyə atıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində təqsirləndirilən N.L. hadisədən az sonra saxlanılıb.

Ailə üzvünə qarşı törədilən qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə araşdırılır”,
- məlumatda deyilir.


Print Email
FaceBook Twitter Google