Əsas odur ki, ukraynalılar qələbə çalana qədər Gürcüstanın işğalçı
hakimiyyətinə bizi Rusiyaya təslim etməyə imkan verməyək.
Mənim üçün Nika Qvaramianın azad edilib-edilməməsi mühüm əlamət
olacaq, - bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili
sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, Nika Qvaramianın azad edilməməsi ruslar və
Kadırovun quldurları üçün geniş qapını açacaq.
“Ruslar Xersonda Kaxovka bəndini partladıblar. Bu, həddindən artıq
çaxnaşma əlamətidir, yəni müharibədə hadisələr çox sürətlənəcək.
Əsas odur ki, ukraynalılar qələbə çalana qədər Gürcüstanın işğalçı
hakimiyyətinə bizi Rusiyaya təslim etməyə imkan verməyək. Mənim
üçün bunun mühüm əlaməti Nika Qvaramianı buraxıb buraxmamaları
olacaq. Onu buraxmamaq ruslar və Kadırovun quldurları üçün daha bir
qapının açılması olacaq”, - Saakaşvili yazıb.