Qaribaşvili Moldovadakı sammitdə Zelenski ilə görüşməməsinə münasibət bildirib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməməsinə münasibət bildirib.


Hökumət başçısının mediaya müsahibəsi zamanı ondan Qaribaşvili və Zelenskinin Moldovada bir-birindən qaçmasının səbəbi soruşulub.

Hökumət başçısı suala cavabında qeyd edib ki, Moldovada olan 40-dan çox
liderdən cəmi 5 və ya 10-u Zelenski ilə görüşüb.

“Orada əl sıxmaq növbəsi yox idi, ümumilikdə hər şey sadə idi”, -
Qaribaşvili əlavə edib.

Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google