Güclü yağış və külək Laqodexi Bələdiyyəsində problemlər yaradıb.
Gürcüstan-Azərbaycan sərhədində, Şin parkı adlanan ərazidə yıxılan
ağaclar ard-arda dayanan yük maşınlarının üzərinə aşıb.
Digər tərəfdən yük maşınlarına Gürcüstandan Azərbaycan
Respublikasına aparılan minik avtomobilləri yüklənibmiş. “Azadlıq”
radiosunun məlumatına görə, ağaclar azı üç yük maşınının üzərinə
aşıb. Onların hər birində 6 minik avtomobili var. Kökündən qopmuş
ağaclar nəqliyyatın hərəkətinə müvəqqəti maneçilik törədib. Artıq
bələdiyyə xidməti yolu ağaclardan təmizləyib. Külək bələdiyyənin
digər kəndlərində də ağacları kökündən qoparıb. Elektrik naqilləri
zədələnib. Əhalinin bir hissəsi elektrik enerjisi ilə təmin
olunmur. “Azadlıq” radiosu hələ də Laqodexi meriyası ilə əlaqə
saxlaya bilməyib.