Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib
Yer Elmləri İnstitutunun məlumatına görə, bu gün, iyunun 7-də Gürcüstanda zəlzələ baş verib.

Zəlzələ Tbilisi vaxtı ilə saat 10:24-də Tianeti yaxınlığında qeydə alınıb. Yer Elmləri İnstitutunun məlumatına görə, zəlzələnin maqnitudası 3,6 (ML) olub.

Dünən, iyunun 6-da da Tianetidə 3,9 bal gücündə zəlzələ baş verib. Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələlər Tianeti şəhərinin şimal-şərqindəki Ukanapşavi kəndində qeydə alınıb.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google