Polis Tbilisidə və regionlarda qanunsuz odlu silahlar müsadirə edib - 15 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi və rayonlarda qanunsuz dövriyyədə olan silah-sursat aşkar edilərək götürülüb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Onların məlumatına görə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 15 nəfər saxlanılıb.

Qurumdan verilən məlumata görə,
cinayət 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin baş idarəsinin xüsusi mühüm işlər üzrə bölməsi və həmin baş idarənin əməliyyat-axtarış bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri hüquq-mühafizə orqanlarının əməkdaşları Q.Q.-nin yaşadığı ünvana baxış zamanı maddi sübut kimi avtomat silah, səsboğucu, ağızlıq və 23 ədəd patron götürüblər.

Birgə tədbirlər nəticəsində Tbilisi Polis İdarəsinin Baş İstintaq Bölməsinin və Baş Əməliyyat Bölməsinin əməkdaşları, 2000-ci il təvəllüdlü M.K. qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq-daşıma ittihamı ilə saxlanılıb. Polis əməkdaşları M.K.-nın üzərində şəxsi axtarış nəticəsində maddi sübut kimi 1 ədəd atəş tapançası, 1 ədəd ağızlıq və 16 ədəd patron götürüblər.

Quriya Polis İdarəsinin Özurgeti rayon şöbəsinin əməkdaşları tərəfindən 1964-cü il təvəllüdlü K.B. həbs edilib, evinə baxış zamanı maddi sübut kimi 2 ədəd odlu silah, 4 ədəd ağızlıq və 35 ədəd patron götürülüb.

Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən 2004-cü il təvəllüdlü A.M. saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərindən şəxsi yoxlama nəticəsində maddi sübut kimi 1 ədəd atəş tapançası və 5 ədəd patron götürüblər.

Acarıstan Polis İdarəsinin Batumi şəhər şöbəsinin əməkdaşları, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü N.A.-nın mənzilinə baxış nəticəsində 1 ədəd avtomat odlu silah və 30 ədəd patron maddi sübut kimi götürüblər.

Kaxeti Polis İdarəsinin Saqareco, Kvareli və Gurcaani regional bölmələrinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfəri saxlayıblar. Polis 1993-cü il təvəllüdlü N.S.-nin evinə və yardımçı anbarlarına baxış zamanı maddi sübut kimi 4 əl qumbarası və 5 partlayıcı maddə götürüb. 1991-ci il təvəllüdlü V.O.-nun evinə baxış zamanı avtomat odlu silah maddi sübut kimi götürülüb. Və polis əməkdaşları 1967-ci il təvəllüdlü Q.N.-nin yaşadığı ünvana baxış keçirərkən oradan mişarlanmış ov tüfəngi və 5 ədəd patron götürüblər.

İmereti, Tsageri, Terjoli, Zestafoni rayon bölmələrinin və Kutaisi şəhər bölməsinin Raça-Leçxumi və Kvemo Svaneti polis bölmələrinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 4 nəfəri saxlayıblar.

Müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Sameqrelo Zemo-Svaneti Polis İdarəsinin Mestia regional bölməsinin əməkdaşları 3 nəfəri saxlayıblar. Onlar qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi-saxlanması-daşımasında ittiham olunaraq saxlanılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi, avtomobilinə və yaşayış evlərinə baxış nəticəsində maddi sübut kimi 3 ədəd avtomat, 3 ədəd mərmi, 2 ədəd tüfəng, 1 ədəd avtomat və 93 ədəd patron götürüblər.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və aparılması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır”,
- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur. 


Print Email
FaceBook Twitter Google