Daxili İşlər Nazirliyi sağlamlıq imkanları məhdud qızlara qarşı
cinsi zorakılıq faktları ilə bağlı aparılan araşdırmalar barədə
məlumat yayıb.
Agentliyin məlumatına görə, iyunun 6-da verilən məlumatlara əsasən
Tbilisi, Acarıstan və İmereti Raça-Leçxumi və Kvemo Svaneti polis
şöbələrində əlillərə qarşı mümkün cinsi zorakılıq və təhdidlərlə
bağlı araşdırmalara başlanılıb.
“Faktla bağlı Tbilisi və Acarıstan polis idarələrində
Cinayət Məcəlləsinin 137-ci (zorlama) maddəsi ilə araşdırma
aparılır, istintaq çərçivəsində hadisənin təşəbbüskarı və işdə
iştirak edən bir çox digər şəxslər artıq dindiriliblər. İstintaq
çərçivəsində mövcud iş materialları öyrənilir.
İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Şöbələrində Cinayət
Məcəlləsinin 151-ci (hədə-qorxu) maddəsi ilə təhdid faktı ilə bağlı
aparılan istintaqa gəlincə, müəyyən edilib ki, sosial şəbəkələrdə
əlilliyi olan şəxslərə qarşı mümkün cinsi zorakılıqla bağlı
məlumatların yayılması səbəbindən 1985-ci il təvəllüdlü .M. O,
L.M-ni öldürməklə hədələyib.
Aparılmış istintaq çərçivəsində dərhal istintaq və prosessual
hərəkətlər aparılıb, o cümlədən işdə iştirak edən aidiyyəti şəxslər
dindirilib.
İstintaqın birinci mərhələsində əldə edilən sübutlar əsasında E.M
hədələmə maddəsi ilə saxlanılıb.
Cinayət işinin istintaqı halların hərtərəfli öyrənilməsi
istiqamətində davam etdirilir", - məlumatda
deyilir.
___________________________________
İyunun 5-də əlil qadınların hüquqlarını müdafiə edən təşkilatlar
polisə və prokurorluğa müraciət edib və onlar “Batumililər” nəşrinə
bildiriblər ki, əlilliyi olan yetkinlik yaşına çatmayan qızların
cinsi istismarı faktlarını əks etdirən videogörüntülər var.