Daha bir gürcü döyüşçü - Zura Muşukia Ukraynada həlak olub.
Əldə olan məlumata görə, o, Baxmut yaxınlığında partlayış
nəticəsində həlak olub. Hələ də onun meyitini döyüş meydanından
çıxarmaq mümkün olmayıb.
Ölən döyüşçü Sameqrelodan olub, o, Abxaziyadan qaçqın düşüb.
Məlumat üçün bildirək ki, Zura Muşukia ötən ilin aprelində
Ukraynada başından yaralanıb, əməliyyat olunub və sağaldıqdan sonra
döyüş meydanına qayıdıb.