Birinci sinif şagirdlərinin qeydiyyatının III mərhələsi - ümumi
qeydiyyat başlayıb və iyunun 23-dək davam edəcək.
Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin
www.registration.emis.ge rəsmi internet saytında aparılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat
valideyn/qanuni nümayəndə tərəfindən həyata keçirilir. Elektron
qeydiyyatdan keçmiş tələbənin qəbulu üçün zəruri sənədlərin təqdim
edilməsi iyunun 26-dan iyulun 12-dək aparılacaq.
Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat
avtomatik olaraq ləğv ediləcək.
“IV mərhələ - iyulun 17-dən iyulun 28-dək məktəblərdə həyata
keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan
keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər qalan
yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan
keçəcəklər.
Dördüncü mərhələdə dövlət məktəbi valideyn/qanuni nümayəndənin
təqdim etdiyi zəruri sənədlər əsasında şagirdin qeydiyyatını təmin
edir.
Birinci sinfə qəbul üçün tələb olunan sənədlər:
Şagirdin qanuni nümayəndəsinin ərizəsi, qanuni nümayəndənin yaşayış
yeri və telefon nömrəsi haqqında məlumat olmalı və Gürcüstanın Baş
İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər
tələblərə cavab verməli, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin
surəti. Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin (əgər
varsa). (Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi
əlavə edilməlidir).
Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq
edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən
sənədin surəti (varsa). Sənədlər xarici dildə təqdim edildikdə,
Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə
tərcüməsi əlavə edilməlidir.
"Gürcüstanın Təhsil və Elm Nazirliyi övladını vaxtında
və rahat şəkildə məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın
şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa
çağırır", - məlumatda qeyd olunur.