Məşhur amerikalı aktyor Tbilisidə çıxış edəcək
Dünya şöhrətli amerikalı aktyor Con Malkoviç Tbilisidə çıxış edəcək.

O, bu ilin 22 sentyabr-18 oktyabr tarixində keçiriləcək Tbilisi Beynəlxalq Teatr Festivalının ən gözlənilən iştirakçısı olacaq.

Aktyor festivalın “Pambıq tarlalarının tənhalığında” adlı əsas tamaşasında tanınmış aktrisa, Litva kinosunun ulduzu İnqeborqa Dapkunayte ilə birgə səhnəni bölüşəcək.

Qeyd edək ki, ənənəvi proqramı gürcü və beynəlxalq olmaqla iki hissədən ibarət olan festivalda Polşa, Latviya, İspaniya, Belçika, Almaniya, Ukrayna və Gürcüstandan olan truppalar iştirak edəcək. Beynəlxalq tədbir çərçivəsində master-klasslar, treninq və müzakirələr də təşkil olunacaq.

Mənbə: mediapost.az
Print Email
FaceBook Twitter Google